“Neftçi” daha bir legionerlə razılıq əldə edib.
Bakılılar yeni baş məşqçisi Adrian Mutunun istəyi ilə macar mərkəz müdafiəçisi Mark Tamaşla razılıq əldə edilib. 29 yaşlı oyunçunun tezliklə Bakıya gəlib rəsmi müqaviləyə imza atacağı gözlənilir “Videoton” yetirməsi vətənində “Puşkaş Akademiyası” və “Dyoşqyor” klublarında da çıxış edib. 2020-ci ildə Polşa “Şlask”ına keçən müdafiəçi ötən yay Rumıniya “Sepsi”sinə keçib. Bu klubla bir illik müqaviləsi qalan Tamaş indi “Neftçi”yə gəlir. Klublarını həmişə azad agent kimi tərk edən Markın “Neftçi”yə necə transfer olunduğu bəlli deyil.